courses-image

Game Development

Game Development (Oyun inkişafı) video oyunların yaradılma prosesidir. Bu proses konseptin inkişaf etdirilməsi, dizayn, proqramlaşdırma, qrafika və səs yaradılması, test edilməsi və nəşr mərhələlərini əhatə edir. Oyun inkişafı müxtəlif platformalar üçün oyunlar (mobil,kompüter,PlayStation,XBOX) hazırlamağa yönəlir.

Tədris proqramı Oyun yaradılması biliklərinin tədris olunması üçün nəzərdə tutulub.Proqramlaşdırma dili olaraq C#, oyun motoru olaraq isə  Unity sistemi istifadə olunur. Tədris Unity üzərindən keçiriləcək.Unity2D və Unity3D yəni 2D və 3D oyunlar yaratmağı öyrənəcəksiz.

Tədrisi bitirən tələbələrə iştirak sertifikatı veriləcək.Lakin məzun olmaq üçün tələbə bitirmə layihəsini uğurla təhvil verməlidir. Bitirmə layihəsini uğurla təhvil verməyən tələbəyə məzun diplomu təqdim edilmir.Həmçinin tədrisi uğurla bitirən tələbələr növbəti qruplar üçün mentor olaraq işlə təmin olunacaqlar.

Kursun detalları

  • Təlimin müddəti icon
  • 6 ay
  • Təlimin saatı icon
  • 160 saat
Müraciət et icon