#Data Analitika dərslərinə qoşulmaq üçün 5 səbəb😊
1) Təlimi yüksək nəticə ilə bitirən tələbələr #Power BI (PL300) sertifikatına #100 % təqaüd ilə ödənişsiz hazırlaşacaq.
2) 7/24 #Beynəlxalq sertifikatlı #5 fərqli mentor sizə dəstək olacaq
3) Bütün tələbələr #Excel Expert MOSE (MO211) sertifikatına #100 % təqaüd ilə ödənişsiz hazırlaşacaq.
4) Qrup üzrə ən yüksək nəticə göstərən tələbənin #MOSE imtahanı üçün giriş ödənişi #100% təqüd ilə ödənişsiz qarşılancaq
5) Yüksək nəticə göstərən tələbələr mentor kimi təcrübə proqramımıza qoşula biləcək.
Bizneslər üçün strateji qərarlar verməyi asanlaşdıran məlumatların analizini və vizuallaşdırılmasını öyrədən həmçinin strukturlaşdıran bu proqramda, iştirakçılar Excel, SQL, Power BI, Python və digər analitika vasitələrindən istifadə edərək məlumatlardan doğru nəticə çıxarmağı yaxından öyrənəcəklər. Data Analitiklər böyük həcmdə məlumat bazalarını toplayır, analiz edir, və emal edərək nəticələr çıxarır.Bu nəticələr isə müəssisələrə obyektiv və düzgün qərarlar qəbul etməyə eyni zamanda yeni layihələrə başlayarkən riskləri azaltmağa işləri isə optimallaşdırmağa şərait yaradır.Hal-hazırda bütün iri şirkətlər məlumatların toplanması yəni, öncədən illik proqnoz çıxarmaq, şirkətin mənfəət və zərərinə baxılması üçün data analitiklərin dəstəyinə ehtiyyac duyur. Elə buna görədir ki, dünyada Data Analitika dövrümüzün ən tələbatlı və gəlirli hesab edilən sahələrindəndir.
Nəyə görə Apex-də Data Analitika təliminə qoşulmalıyam?
Təlimi bu sahədə uzun illərdir akademik səviyyədə tədris edən müəllim heyəti tərəfindən öyrənəcəksiniz. Əlavə olaraq hər sahə üzrə mentor dəstəyiniz olacaq.
Data Analitika təlimində nələr öyrədilir?
Data sizə əsasən 4 modul üzrə təhsil verir. Ətraflı sillabus yükləyərək modullar və mövzularla tanış ola bilərsiniz.
Dərslər necə tədris edilir?
Bildiyimiz kimi Data Analitika çox dərin və geniş bir sahədir. Bu sahədə çoxlu praktika etmək layihələr üzərində çalışmaq sahəyə yatqınlığınızı artıracaq. Bu səbəbdən tədrisi həyata keçirilən istənilən modul üzrə real datalarda praktiki keyslər işləyərək bu sahələri öyrənirsiniz.
Tədris yekunlaşan zaman sertifikat verilir?
Data Analitika təlimini uğurla başa vuran bütün tələbələrə sertifikat təqdim edilir. Əlavə olaraq kurs sonunda ümumi imtahan təşkil olunur və bu imtahanda yüksək nəticə göstərmiş tələbələr 2 Beynəlxalq sertifikata ödənişsiz şəkildə 100% zəmanətlə kurs tərəfindən hazırlaşdırılır. Bu sertifikatlar isə dünyanın istənilən nöqtəsində tanınır.
(PL-300 Microsoft PowerBI Data Analyst Certification, Exam MO 211: Microsoft Excel Expert (Microsoft 365 Apps))
Karyeranı yeni zirvələrə daşımaq üçün ilk addımı at! Bizim ödənişsiz konsultasiyamızla təlim seçiminə doğru qərar ver. Peşəkar məsləhət və sənə uyğun təhsil proqramı ilə gələcəyini birgə qur!